1863-1938
Натиг Касимов
Cоседствовали когда-то в Мардакянах 2 человека. И дружили неплохо. Соседей разделял лишь общий каменный забор, существующий по сей день.
Один был беден, другой богат и даже очень.
Однако, первый никогда не зарился на богатство второго, а второй изначально когда-то был каменотесом и когда-то очень беден, так что они могли и умели ладить вполне.
Первый постоянно жил в Мардакянах и был главой большой семьи из 11 душ, другой был нефтепромышленником, жил в Баку, а лето проводил либо в Мардакянах либо в Европе.
Почти каждый летний вечер друзья встречались и, попивая чай, говорили о житье-бытье. Один давал советы, другой слушал, потом наоборот.
Оба они оставили значительный след в истории нашей страны, потому что один из них был сам Гаджи Зейналабдин Тагиев, другой мой дед, Самед Касимов. Дед мой прославился тем, что несмотря на материальную нужду, сумел заставить детей учиться в ВУЗах, нес расходы по их обучению, нанимал жилье в Баку и в итоге этого,несколько человек из них стали заслуженными педагогами, врачами, академиками, потомки которых, продолжив эту добрую традицию дали миру несчетное количество докторов и кандидатов наук.
Потомки эти живут в Азербайджане, некоторые живут и за рубежом - в России, США, Канаде, Голландии, Франции и др. Но не о них, потомках, сейчас речь, а об этих двух приятелях.
Как-то зайдя в гости к Тагиеву, дед обнаружил, что у того в доме «дым коромыслом», суетится челядь, во дворе дым и пар от очагов, короче, пиршество в честь каких-то гостей. Хотел было он ускользнуть, но не тут-то было. Хозяин заметив друга, настоятельно позвал его домой. А там было чему дивиться - в доме Тагиева был пир в честь высокого гостя, иранского самодержца Музаффаретдин-шаха. Шел тогда, примерно, 1895 год. Ходу назад не было.
Деда, ему было тогда чуть более 30, усадили за стол, потекла беседа. Вскоре, гость заметил, что несмотря на социальную разницу, эти двое ведут себя друг с другом на равных, как друзья, и потому, расчувствовавшись и желая сделать доброе деду, сказал : «Послушай, скажи мне о чем ты мечтаешь и я попрошу Зейналабдина сделать это для тебя, ради меня, гостя»
Дед, почувствовал себя уязвленным, отказался, поблагодарил за угощенье и покинул пир. Вдогонку гость молвил ему: «Не спеши, подумай, мы еще и завтра пировать будем, приходи!»
Дед ушел домой, а на следующий день не пошел на пир. Однако, пришли телохранители Тагиева и передали вновь приглашение. Дед явился, а гость спрашивает : «Ну что, подумал ?»
Гость ждал, что бедняк попросит подарить ему корову или лошадь с арбой, а может пяток баранов. Однако дед удивил, заявив: «Скажи Гаджи Зейналабдину, пусть построит в Мардакянах школу для детей».
Гость вопрошающе посмотрел на Тагиева, тот в согласии поклонился.
Идея такой школы, по моему мнению (прим. автора), давно витала в воздухе, но до реализации не доходила.
Прошла неделя, другая. Давно уехал высокий гость, встретились вновь наши друзья-герои. «Ну, брат, впутал ты меня в дело» - сказал Тагиев- школу я согласен построить, но вот где взять землю, нет ее. Из-за тебя я стану лгуном если, пообещав, не построю».
Дед, недолго думая, сказал: «У меня в Мардакянах есть участок пахотной земли, я подарю её, а ты построй на ней школу».
Так и порешили. Ныне это школа № 123, бывшая школа садоводов, ее окончил когда-то мой отец и мои дядья, в последствии доктора наук и академики.
Эту историю моего деда я знаю по многочисленным рассказам и свидетельствам старожилов Мардакян. Я посетил ее как-то. Школа заслуженно носит имя Тагиева, но жаль, нигде нет мемориальной доски о вкладе Самеда Касимова в это дело.
Я иногда задумываюсь, как нелегко было распроститься с этой землей крестьянину. С землей, с которой кормилась вся его семья. Поступок, явно самоотверженный. Но видно, что он умел глядеть вперед получше многих своих односельчан, высмеивавших его и говоривших, что Самед «выжил из ума и вместо того, чтоб дать детям путную профессию каменщика, садовода, пахаря, хлебопека или башмачника, зачем-то посылает их в Баку учится невесть чему».
Вот лишь некоторые из его прямых потомков :
Это далеко не полный список. В роду – врачи, педагоги, инженеры, изобретатели, спортсмены, дипломаты, военные, каждый из них это личность с «собственным лицом», каждый авторитетен.
А началось все с малограмотного, но дальновидного Самеда Касимова. Вот я назвал деда малограмотным, а ведь это не совсем так. Он прекрасно знал фарсидский и арабский - языки, которым владела образованная элита, читал Коран и даже прочел заупокойную службу по смерти его друга Г.З.А. Тагиева. Ведь профессиональные священники были тогда, в 1924-ом, в гонениях, под страхом ареста... Тагиев отдал душу, положив голову на колени друга.
В начале 1920-ых годов в Мардакяны приехал Нариман Нариманов для встречи с народом на митинге. А, кстати, Нариманов был стипендиатом Тагиева когда-то и учился за его счет. В это время Тагиев был уже в изгнании, у него давно экспроприировали заводы, фабрики, нефтепромыслы, оставили только дачу в Мардакянах, да и то было неустойчиво.
Так вот дед выступил на митинге с просьбой от сельчан оставить Тагиеву дачу, не трогать старого , немощного человека. Нариманов пообещал - и слово сдержал.
Фототография его сделана незадолго до кончины. Примечательно, что изображен он в нетрадиционном стиле, с серпом в руке, что подчеркивает его труженический характер.
P.S. Деталь, на которую я хочу обратить внимание уважаемых читателей. Тагиев дал слово гостю, Музаффаретдин-шаху, хотя наверняка понимал, что второй визит в Баку уже вряд ли состоится, путь был далекий, да и время текло не спеша. Таким образом, никто не стал бы проверять, построено ли обещанное или нет.
Но, видать слово данное мужчиной тогда ценилось особенно высоко и нарушать его никто бы не подумал.
О tempore, o morale - О времена, о нравы !
Bir zamanlar Mərdəkanda iki qonşu yaşayırdı. Qonşular həm də dost idilər. Qonşu evləri indi də yerində duran köhnə daş hasar ayırırdı. Lap nağıllardakı kimi, qonşu evlərin birində kasıb, o birində isə çox zəngin kişi yaşayırdı. Onların qonşuluğunda və dostluğunda var-dövlət zərrə qədər də rol oynamırdı. Kasıb qonşunun heç vaxt varlının malında pulunda gözü olmazdı. Varlı qonşu da vaxtilə kasıb bir bənna olduğundan onlar biri-birini yaxşı başa düşür, dostluğlarını qoruya bilirdilər. Kasıb qonşu əslən mərdəkanlı və 11 baş külfətin sahibi idi. O birisi isə, əsas evi Bakıda olan neft maqnatı idi. Yayı ya Mərdəkanda, ya da Avropada keçirərdi. Neft sənayeçisi yayı Mərdəkanda keçirəcəyinə qərar verdiyində dostlar hər axşam görüşər, çay içə-içə həyat və məişət məsələlərindən danışardılar. Biri məsləhət verəndə digəri susar, o biri danışanda birinci dinməzdi.
O iki dost ölkəmizin tarixində layiqli iz qoyublar. Dostlardan biri məşhur Hacı Zeynalabdin Tağıyev, o biri isə mənim babam Səməd Qasımov idi. Babam ona görə layiqli insan idi ki, maddi çətinliklərə baxmayaraq, uşaqlarının ən yaxşı ali təhsil ocaqlarında savad almaqlarına nail oldu. Məhz onun zəhməti sayəsində yetişdirdiyi övladların simasında ölkəmiz çoxsaylı əməkdar müəllim, həkim, akademiklər qazandı, onların törəmələri isə ənənəyə sadiqqalaraq dünyaya çoxsaylı həkim, elmlər namizədi bəxş etdilər.
Bu nəslin törəmələri Azərbaycanda, bəziləri isə vətəndən kənarda-Rusiyada, ABŞ-da,Kanadada, Hollandiyada, Fransada və.s. yaşayırlar. Lakin, bu yazımda niyyətim onlar haqqında yox, məhz həmin iki dost barədə danışmaqdır.
Günlərin bir günü növbəti dəfə Hacıya baş çəkməyə gələn Səməd kişi həyət-bacada hansısa mötəbər qonağın gəlişi münasibətilə biş-düş getdiyini görür. Obrazlı desəm, ocaqlardan çıxan tüstü səmadakı buludlara qarışıbmış. Hərə bir işlə məşğul imiş. Elə qapıdan geri qayıtmağa çalışsa da, ev sahibinin təkidi ilə babam içəri keçməli olur. Bir azdan öyrənir ki, Tağıyevin evində düzənlənən ziyafət İran padşahı,Müzəffərətdin şahın şərəfinə təşkil olunub. Qonaqlıq təxminən 1895-ci ildə verilib. Onda Səməd kişinin 32 yaşı var idi.
Masa arxasına dəvət alandan sonra söhbətlərə qatılan babam qonağın nəzərindən qaçmır. Aralarındakı sosial fərqə baxmayaraq, bu iki nəfər biri-biriylə eyni tərzdə, dost kimi söhbətləşiblər. Sonda qonaq yaxşılıq etmək niyyəti ilə babama ”Ürəyindən keçəni mənə de, Hacıdan xahiş edərəm, xətrim üçün səninçin hər şey edər” deyə təklif edir. Babam minnətdarlığını bildirərək ilk fürsətdə məclisi tərk edir. Arxasınca səslənən qonaq sözlərini geri götürmür, əksinə “Tələsmə, fikirləş , mən hələ sabah da buradayam, gələrsən” deyir.
Səməd kişi evə qayıdır. Səhəri gün məclisə getmir. Buna baxmayaraq Tağıyevin adamları gəlib onun dəvətli olduğunu yenidən xatırladırlar. Babam hörmətsizlik olmasın deyə qonaqlığa getməyə qərar verir.
Babamı görcək qonaq soruşur: “Hə, nə oldu, fikirləşdin?” İran şahının əmisi oğlu kasıb kişinin inək, ya at, ya da, beş- altı qoyun istəyəcəyini gözləyir. Lakin Səməd kişi qonağı təəcübləndirərək deyir: “Hacıya de ki, kənddə məktəb tikdirsin”. Qonaq sual dolu baxışlarla Hacıya baxır. O da öz növbəsində razılıq əlaməti olaraq başı ilə təzim etdi.
Kənddə məktəb tikilməsi babamın çoxdankı arzusu idi. Əfsuslar olsun ki, onu reallaşdırmaq üçün imkanı yox idi.
Qonaqlığın üstündən iki həftə keçəndən sonra qəhrəmanlarım-dostlar görüşdülər: ”Hə, sən məni işə saldın–deyə Tağıyev sözə başlayır- mən məktəb tikdirməyə mən hazıram, sadəcə tikməyə yer yoxdu, çətinlik bundadı.”
Babam çox fikirləşmədən deyir: “Kəndin qırağında əkin yerim var, bağışladım onu, sən məktəbi tikdir”.
Belə da oldu, indi Mərdəkandakı 123 saylı məktəb həmən məktəbdir, atamın, əmilərimin, bir çox elmlər doktoru və akademik yetişdirən məktəb.
Mən bu tarixcəni kənd ağsaqqallarından eşitmişəm. Təəssüf edirəm ki, onu görməmişəm. Tikilməsinə səbəbkar olduğu məktəbi isə dəfələrlə ziyarət etmişəm. Sevindiricidir ki, məktəb Hacı Zeynalabdin Tağıyevin adını daşıyır. Amma, əfsuslar olsun ki, məktəbin məhz onun təşəbbüsü nəticəsində tikilməsi barədə heç bir yerdə bircə qeyd də yoxdur. Kaş ki, kiçik bir memorial lövhə ilə hardasa belə bir xatirə olaydı.
Hərdən fikirləşirəm ki, ailəsinin dolanışığı çıxan torpağı itirmək sadə bir kəndli üçün necə də ağır olub. Lakin əminəm ki, bu addım, düşünülmüş addım olub. Həmkəndlilərindən bəziləri zamanında deyirdilər ki: “Səməd çaşıb, başı havalanıb, uşaqlarına bənna, bağban, üzümçü, dərzi ya pinəçi sənəti öyrətmək əvəzinə, Bakıya oxumağa göndərir, bilmir də axırı necə olacaq”. Lakin nə yaxşı ki, hər şey yaxşı oldu. Babamın memorial lövhəsi onun layiqli insanlar kimi yetişmiş gələcək nəslinin siyahısı oldu.
Onun birbaşa nəslindən olanlar, uşağları və nəvələri:
Bu tam siyahı deyil
Nəsildə - həkimlər, pedaqoqlar, mühəndislər, ixtiraçılar, idmançılar, ədəbiyyatçılar, diplomatlar, hərbiçilər və sair peşə sahibləri də var. Hər birinin “öz siması”, qazandığı hörməti vardır.
Bu iş az savadlı Səməd Qasımovun uzaqgörənliyinin bəhrəsidir.
Ömrünün son illərində çəkdirdiyi bu şəkildən babam əlində oraq tutaraq boylanır. Bu, bir daha onun zəhmətkeş təbiətindən xəbər verir.
Allah sənə rəhmət eləsin, xatirən əbədi olsun, babam!
P.S.
Diqqətinizi kiçik bir məsələyə yönəltmək istəyirəm. Hacı Zeynalabdin Tağıyev qonağı Müzəffərətdin şaha söz verəndə, yəqin bilirdi ki, onun bir daha Bakıya səfəri baş tutmayacaq. Həm yol uzun idi, həm də zaman lənq gedirdi... Və hec kəs tikilini yoxlayan deyildi.
Amma, görünür, o vaxtlar kişi sözünün dəyəri çox yüksək imiş və heç kim də onu pozmağı ağlına belə gətirməzdi.
Natiq Qasımov.
2012г.
Спасибо, Натиг, за этот ПОДАРОК.
© При полном или частичном использовании материалов данной статьи ссылка на сайт "НАШ БАКУ"(www.ourbaku.com) ОБЯЗАТЕЛЬНА!